Manaf Cəlilzadə Baş Prokurorluğa ÇAĞIRILDI 

12:27 15.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb.

Hafta.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, Cəlilzadə Manaf Məmmədalı oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.